Modern.az

Bakıdan uçan təyyarə İstanbula çata bilmədi

Bakıdan uçan təyyarə İstanbula çata bilmədi

Aktual

5 Fevral 2023, 21:45

"Buta Airways"in J2 9105 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen aeroportu) reysini həyata keçirən hava gəmisinin kapitanı təyinat hava limanında yağan güclü qar səbəbindən Ankarada enməyə qərar verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Buta Airways" aviaşirkətinin mətbuat xidməti məlumat yayıb.

 

Təyyarə Bakı vaxtı ilə saat 20:50-də Esenboğa Beynəlxalq Hava Limanında (Ankara) eniş edib.

 

Hava şəraiti yol verdikdə İstanbula uçuş həyata keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!