Modern.az

Zəlzələ türk jurnalisti evsiz qoydu: "Ailəmlə küçədəyik"

Zəlzələ türk jurnalisti evsiz qoydu:

Aktual

6 Fevral 2023, 10:42

“Sputnik Ərəbcə”nin müxbiri Səmahir Kavukoğlu Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində evsiz qalıb.

Modern.az xəbər verir ki, bu barədə jurnalistin özü “RİA Novosti”yə bildirib.


"Antakya şəhərindəki evim zəlzələ nəticəsində tamamilə dağıldı. Hazırda ailəmlə küçədəyik. Rabitə yaxşı işləmir, yağış yağdığından hərəkət etmək çətinləşir", - Səmahir Kavukoğlu deyib
 

Onun sözlərinə görə, yaxınlıqda 7 mərtəbəli bina uçub, dağıntılar altından insanların kömək üçün yalvarışları eşidilir.

Türkiyənin rəsmi qurumlarının məlumatına görə, fevralın 6-da saat 04:17-də Kahramanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib və bu,  bir sıra şəhərlərdə dağıntılara səbəb olub. Zəlzələ nəticəsində Türkiyənin 7 əyalətində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.


 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı