Modern.az

İstanbuldakı Baş konsulluğumuz müraciət yaydı

İstanbuldakı Baş konsulluğumuz müraciət yaydı

Aktual

6 Fevral 2023, 11:31

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.
 

Modern.az xəbər verir ki, müraciət Baş konsulluğun sosial şəbəkə hesabında yayılıb.
 

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərər çəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə baş konsulluqla əlaqə saxlamaları xahiş olunur: +90 536 613 86 48”, - deyə məlumatda bildirilib.

Fevralın 6-da gecə saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumata görə, hadisə nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə sərhədinə raketlər yığıldı - İsraildən şok addım