Sakinlər zəlzələdən sonra təşviş içindədilər, hamı küçələrə axışıb. Vətəndaşlar evlərinə girmək istəmirlər, hamı qorxu içindədir.
Bunu Modern.az-a açıqlamasında Adıyaman şəhərinin Pınarbaşı rayonunun bələdiyyə sədri Mehmet Alan deyib.
“Pınarbaşında zəlzələ nəticəsində təxminən 25-30 ev zərər görüb. Ölənlərin sayı 8 nəfərdir. Hazırda qar yağır. Qarın yağması vəziyyəti daha da gərginləşdirir. Qarın uzunluğu bir metrə çatır. Gediş-gəliş çətindir, yollarımız bağlıdır. Yəni burada çox pis vəziyyətdəyik. Xalq küçədədir. Heç kim evinə girmir. Kənardan da yardım gəlmir”,-Mehmet Alan deyib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Dəhşətli zəlzələ nəticəsində ümumilikdə 284 nəfər həyatını itirib, 2323 nəfər yaralanıb, 1710 bina isə dağıılıb.