Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələdən sonra bölgədə 78 afterşok qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələnin episentri yerin 7 kilometr dərinliyində müəyyən edilib.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə, zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.