AFAD Türkiyədə baş verən zəlzələnin gücündə dəyişiklik edib.
Modern.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Kahramanmaraşda dünən gecə saatlarında baş vermiş zəlzələnin gücü 7,4 baldan 7,7 bala dəyişdirilib. Bunun son yüz ildə regionda və Türkiyədə baş verən ən güclü zəlzələ olduğu bildirilib.
Qeyd edək ki, Türkiyənin 10 vilayətində dağıntılara səbəb olan yeraltı təkanlar nəticəsində 912 nəfər həyatını itirib.