Modern.az

Kanalda batan şəxsin meyiti tapıldı

Kanalda batan şəxsin meyiti tapıldı

Aktual

6 Fevral 2023, 13:50

Ötən gün Yuxarı Şirvan kanalının Yevlax şəhəri, Xanabad kəndindən keçən hissəsində batan 1 nəfərin axtarışları başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb. Xəbərə görə, batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən (batdığı yerdən təqribən 20 km aralıda) aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər