Modern.az

Putin Lukaşenko ilə təkbətək görüşməyə razılaşdı

Putin Lukaşenko ilə təkbətək görüşməyə razılaşdı

Aktual

6 Fevral 2023, 14:57

Kreml Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Aleksandr Lukaşenko arasında dünən baş tutan telefon danışığının bəzi detallarını açıqlayıb.

Modern.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bildirdiyinə görə,  liderlər yaxın iki ay ərzində  təkbətək görüşmək barədə razılığa gəliblər.


“Bəli, dünən iki prezident arasında telefon danışığı olub. Çox geniş spektrli məsələlər müzakirə edilib. Liderlər bir neçə ay ərzində yenidən görüşməyə razılaşıblar. Putin və Lukaşenko müntəzəm görüşür. Gündəlikdə çox məsələlər var və bu, dövlət başçılarının cari məsələlərə daim diqqət yetirməsini tələb edir”, - deyə Peskov bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı