Modern.az

Terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıbmış - Özü danışdı

Terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıbmış - Özü danışdı

Aktual

6 Fevral 2023, 15:35

İrandakı səfirliyimizə hücum zamanı terrorçu Vasif Tağıyevi tapança ilə yaralayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın İran İslam Respublikasındakı səfirliyə qarşı törədilmiş terror aktının təfərrüatları barədə keçirilən brifinqində nümayiş etdirilən videoçarxda məlumat yer alıb.

 

Səfirliyin əməkdaşı Vasif Tağıyev videoda bildirib ki, tapançadan açılan güllə onun çənəsindən girərək gözünün alt nahiyəsindən çıxıb.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.

Terrorçu iki dəfə səfirliyin qarşısından keçib, polis mane olmayıb - XİN
Bu xəbər ilə bağlı
Terrorçu iki dəfə səfirliyin qarşısından keçib, polis mane olmayıb - XİN
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?