Modern.az

ÜST Türkiyəyə dəstək verməyə hazırdır

ÜST Türkiyəyə dəstək verməyə hazırdır

Aktual

6 Fevral 2023, 15:50

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi zəlzələnin nəticələri ilə mübarizə məqsədilə fövqəladə humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Ofisinin tviter səhifəsində məlumat verilib.

 

“ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş vermiş dağıdıcı zəlzələlərə təcili humanitar reaksiyaların həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır”, - paylaşımda qeyd edilib.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?