Modern.az

İsrail Türkiyəyə xilasetmə qrupları və tibbi yardım göndərəcək

İsrail Türkiyəyə xilasetmə qrupları və tibbi yardım göndərəcək

Aktual

6 Fevral 2023, 18:23

“Türkiyədə güclü zəlzələ baş verib, zəlzələ digər ərazilərə də təsir edib. Mən xilasetmə qruplarının və tibbi yardımın Türkiyəyə göstərilməsi barədə göstəriş vermişəm”.

 

Modern.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

O, Suriyadakı zəlzələ qurbanlarına da yardım göstəriləcəyini vurğulayıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumatlara görə, hadisə nəticəsində 912 nəfər həyatını itirib, 5385 nəfər isə yaralıdır. Habelə təbii fəlakət zamanı 2818 bina dağılıb.

 

Bundan sonra gün ərzində Kahramanmaraşda 7.8 bal gücündə daha bir zəlzələ olub və 76 nəfər həyatını itirib. Xeyli sayda yaralı var. Malatya və Adanada isə 5.8 və 6.1 bal gücündə zəlzələ olub.

 

Hazırda zəlzələ nəticəsində həyatını itirənlərin ümumi sayı 1121 nəfər, yaralıların sayı isə 7634 nəfər təşkil edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı