Modern.az

FHN-in xilasetmə qüvvələri Türkiyədədir - FOTO

FHN-in xilasetmə qüvvələri Türkiyədədir - FOTO

Aktual

6 Fevral 2023, 18:32

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə çatıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, hazırda çevik xilasetmə qüvvələri axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Türkiyənin Adana şəhərindən dağıntıların daha çox baş verdiyi bölgələrə doğru hərəkət edir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı