Modern.az

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

İrandan Azərbaycana qarşı növbəti TƏXRİBAT

Aktual

6 Fevral 2023, 19:53

İran hakimiyyətinə bağlı saxta informasiya resursları Azərbaycana qarşı növbəti dəfə təxribat törədib.

 

Modern.az bildirir ki, İran mənbələrində "təcrübəli" amerikalı geoloq olduğu deyilən Ruben Burrel adlı şəxsin guya yaxın günlərdə Bakı şəhərində 6.9 bal gücündə zəlzələ olacağı barədə proqnoz verdiyi və bununla bağlı məlumatın express.co.uk saytında dərc edildiyinə dair iddialar tirajanıb.

 

Araşdırma zamanı məlum olub ki, məlumat tamamilə yalandır və bu addım Azərbaycana qarşı çirkin təxribat məqsədi daşıyır.

 

Belə ki, təcrübəli və "tanınmış" geoloq olduğu iddia edilən Ruben Burrel haqqında internet resurslarında axtarış apararkən onunla bağlı heç bir məlumat aşkar edilməyib. Ümumiyyətlə, bu adda geoloqun olmadığı və zəlzələ ilə bağlı məlumatın sözügedən saytda dərc edilmədiyi üzə çıxıb. 

 

İndiki həssas dönəmdə saxta informasiyanın İrana bağlı sosial şəbəkə hesablarında geniş paylaşılması Bakıya yönəlik zəlzələ təxribatının arxasında birbaşa Tehran rejiminin durduğunu təsdiqləyir. Əminliklə demək olar ki, İranın yalan məlumatı dövriyyəyə buraxmaqda məqsədi Türkiyədəki dağıdıcı zəlzələdən sonra Azərbaycan əhalisi arasında təşviş yaratmaq və insanları qorxu içində saxlamaqdır. Ölkəmizə qarşı təxribatın arxasında duran məqsəd məhz budur.

 

Göründüyü kimi, molla rejimi murdar niyyətini həyata keçirmək üçün sosial şəbəkələrin verdiyi imkanlardan geniş yararlanaraq, Azərbaycan dövlətinə və xalqına qarşı düşmən mövqeyi sərgiləyir. Biz bunu Tehrandakı səfirliyimizə xain hücum zamanı bir daha gördük. İndi isə terrorun informasiya cəbhəsində davam etməsini müşahidə edirik.

 

Saxta informasiyalar İran hakimiyyətinin mənfur niyyətindən xəbər verir və sosial şəbəkə istifadəçiləri bu kimi paylaşımlara inanmamalı, təxribat məqsədilə yaradılan sosial şəbəkə hesablarını şikayət etməklə, öz vətəndaşlıq missiyasını yerinə yetirməlidir. 

 

Onu da diqqətə çatdıraq ki, Azərbaycanda güclü zəlzələ olma ehtimalı yoxdur. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyədə baş vermiş zəlzələ Azərbaycandakı zəlzələ ocaqlarını oyada bilməz. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı