Modern.az

Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdi

Türkiyə səfirliyi Azərbaycana təşəkkür etdi

Aktual

6 Fevral 2023, 22:23

Türkiyənin ölkəmizdəki səfirliyi zəlzələ ilə əlaqədar göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

 

“Qardaş Azərbaycandan axtarış-xilasetmə heyəti və texnikası, axtarış-xilasetmə itlərini daşıyan birinci təyyarə bu gün saat 12:45-də, ikinci təyyarə saat 16:25-də, üçüncü təyyarə isə bu yaxınlarda havaya qalxıb. Tibb işçilərini daşıyacaq dördüncü təyyarənin sabah səhər havaya qalxması planlaşdırılır. Göstərilən dəstəyə və həmrəyliyə görə təşəkkür edirik”, - səfirlikdən bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı