Azərbaycan rəsmiləri Türkiyənin Bakıdakı səfirliyinə gedərək, zəlzələdə ölənlərə görə qardaş ölkəyə başsağlığı veriblər.
Modern.az xəbər verir ki, bu barədə səfirliyin tviter hesabında paylaşım edilib.
Bildirilib ki, fevralın 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın keçmiş Baş naziri, Türk Dövlətləri Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov, Milli Məclisin deputatı Nizami Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli səfirliyə gələrək təbii fəlakət nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı veriblər.