Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentinin iclasına qatılıb.
Modern.az xəbər verir ki, o, Avropa parlamentində çıxış edib.
Çıxışdan öncə avropalı deputatlar Zelenskini ayaq üstə alqışlayıblar.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə səfərdədir. Ölkə liderinin səfər çərçivəsində bir sıra vacib görüşlər keçirəcəyi gözlənilir.