Modern.az

Nüfuzlu nəşr erməni yalanlarını belə İFŞA ETDİ

Nüfuzlu nəşr erməni yalanlarını belə İFŞA ETDİ

Aktual

10 Fevral 2023, 11:12

Dünyaca məşhur “Foreign policy” nəşri Laçın yolundakı vəziyyətlə bağlı məqalə dərc edilib.  

 

Modern.az xəbər verir ki, “Laçın dəhlizində baş verənlər haqqında həqiqət” adlı məqalədə son hadisələr barədə məlumat verilib və ermənilərin yalanları ifşa olunub. 

 

Sözügedən məqalədə erməni fəalların son günlər azərbaycanlı ekoloqların və könüllülərin Laçın dəhlizi boyu etiraz aksiyası keçirməsi ilə bağlı kifayət qədər əsassız çıxışlar etdikləri bildirilib.  

 

Nəşr qeyd edib ki, xaricdə fəaliyyət göstərən böyük erməni icma və təşkilatları Bayden Administrasiyasını “Artsax”da (Qarabağ -red) “humanitar böhrana” cavab olaraq təcili yardım göndərməyə çağırır. Ancaq düşünmək lazımdır ki, onların iddiaları doğrudurmu? Laçın dəhlizi boyu həqiqətən də humanitar böhran varmı?  

 

Məqalədə bildirilib ki, bütün bu sualların cavabı xeyrdir. Yəni ermənilərin səsləndirdiyi iddialar tamamilə yalandır:

 

“Azərbaycanın ekoloji fəalları Ermənistan və Rusiyanın Azərbaycanın təbii sərvətlərini beynəlxalq hüquqa zidd olaraq istismarı nəticəsində dəyən ekoloji zərəri qiymətləndirmək üçün monitorinqlərə icazə verilənə qədər etiraz aksiyası keçirmək istəyirlər. Etirazların keçirilməsində əsas məqsəd Ermənistanın beynəlxalq hüquq normalarını pozması və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə ətraf mühitin acınacaqlı vəziyyəti barədə maarifləndirməkdir". 

 

Bundan başqa nəşr bildirib ki, Qarabağda yaşayan ermənilər blokadada deyil: 

 

“Etirazların məqsədi ərazidəki yerli erməni sakinləri üçün humanitar böhrana səbəb olmaq deyil. Faktiki olaraq 2022-ci il dekabrın 12-dən 2023-cü il yanvarın 5-dək Laçın dəhlizi ilə hər iki istiqamətdə ümumilikdə 370 avtomobil keçib. Bu maşınlardan 330-u Rusiya sülhməramlılarına, 31-i Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınlarına, daha üçü isə yerli erməni sakinlərə məxsus olub. Bu dövrdə Rusiya sülhməramlıları yerli erməni əhalisini düyü, ət konservləri, makaron, un, kartof, soğan, toyuq, tərəvəz, kələm, şəkər, qəhvə və digər növ ərzaq məhsulları ilə təmin ediblər.  

 

Əslində ərazi Rusiya sülhməramlılarının nəzarəti altındadır və onlar son vaxtlar yalnız mina, hərbi sursat və silahların daşınmasına qadağa qoyublar. Beləliklə, Azərbaycanı ərazini blokadada saxlamaqda və humanitar böhrana səbəb olmaqda ittiham etmək düzgün deyil, çünki onlar sözügedən yola nəzarət etmirlər və ruslar etirazlara baxmayaraq, humanitar yüklərin problemsiz keçməsini təmin edirlər. 

 

Bunu nəzərə alsaq, nə üçün ABŞ-da və başqa yerlərdə erməni fəallar heç bir blokada və ya humanitar böhran olmadığı halda Azərbaycanı humanitar böhrana səbəb olmaqda ittiham ediblər?  

 

Bu sualın cavabı erməni cəmiyyətində hökm sürən faşist ideologiyadır ki, bu da onların öz işlərinə haqq qazandırmağına səbəb olur.  

 

Məsələn, “Pew” Araşdırma Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu göstərib ki, ermənilərin 84%-i öz mədəniyyətlərinin digər xalqların, xüsusən də qonşu Azərbaycanın mədəniyyətindən üstün olduğuna inanır. 

  

Ermənilər özlərini azərbaycanlılardan “qədim tarixə” və “üstün mədəniyyətə” malik olan irq kimi göstərməklə Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə öz millətlərinin Azərbaycanın təbii sərvətlərini oğurlamasına haqq qazandıra bilirlər. Ona görə də ərazidə ekoloji monitorlar quraşdırmaq istəyən azərbaycanlı ekoloji fəallara qarşı çıxırlar.

 

Azərbaycanlı ekoloji fəallarla həmrəylik nümayiş etdirməli olan ABŞ-ın demokratik konqresmenləri əslində bu saxta iddialara qarşı olmalıdırlar. Düşünmək lazımdır ki, belə konqresmenlər həqiqətən ətraf mühitə əhəmiyyət verirlər, yoxsa onlar sadəcə olaraq yenidən seçki kampaniyalarını maliyyələşdirən erməni lobbisi üçün oyuncaq rolunu oynayırlar?"       

 

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 61 gündür davam edir. Etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

 

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

 

2022-ci il dekabrın 12-dən etibarən etiraz aksiyası başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı