Modern.az

Süleyman Soylu Azərbaycandan çadır istədi - VİDEO

Süleyman Soylu Azərbaycandan çadır istədi - VİDEO

Aktual

10 Fevral 2023, 11:48

“Çadıra ehtiyacımız var, qardaş Azərbaycandan istədik”. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovla telefon danışığında deyib.  

 

“Kəmaləddin qardaşım, bir az daha çadıra ehtiyacımız var. Bununla bağlı səy göstərərsən, minnətdar olaram. Burada böyük birlik var, zamanla yarışıb millətimiz qarşısında utanmadan xidmətdə olacağıq. Allah hamınızdan razı olsun”, - deyə türkiyəli nazir bildirib. 

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin humanitar yardımları qardaş ölkəyə yola salınıb. Bu gün səhər saatlarında təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı