Modern.az

Dağılan yerləri bir ilə bərpa edəcəyik - Ərdoğan

Dağılan yerləri bir ilə bərpa edəcəyik - Ərdoğan

Aktual

10 Fevral 2023, 16:22

Ölkənin yenidən bərpa olunması üçün proqram hazırlanır. 

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib.

 

"Tez bir zamanda proqrama başlayacağıq. İnşallah, bir il ərzində dağılan əraziləri yenidən bərpa edəcəyik. Bundan başqa dost qara gündə tanınar. Ölkəmizin çətin vaxtında bizə yardımçı olan dost, qardaş ölkələrə şəxsim və xalqım adına bir daha təşəkkür edirəm. Tezliklə çətin vəziyyətin öhdəsindən gələcəyik", - deyə Türkiyə lideri vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələ bölgəsinə səfərləri davam edir. O, hazırda Adıyamandadır.

Bu xəbər ilə bağlı
Ərdoğan Türkiyə xalqından dəstək İSTƏDİ
Xəbəri oxu
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı