Modern.az

8 yaşlı Miray 178 saat dağıntılar altında qaldı

8 yaşlı Miray 178 saat dağıntılar altında qaldı

Aktual

13 Fevral 2023, 15:02

Türkiyədə zəlzələ nəticəsində binaların dağıntıları altında qalan şəxslərin axtarış əməliyyatları davam etdirilir.

 

Modern.az "A Haber"ə istinadən xəbər verir ki, zəlzələnin 178-ci saatında Adıyamanda 6 yaşlı Miray adlı qız dağıntılar altından çıxarılıb.

 

Tibb işçiləri azyaşlıya ilkin tibbi yardım göstərib vəonu  xəstəxanaya göndəriblər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 13.5 milyon əhalinin yaşadığı 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Təbii fəlakət 13 mindən çox insanın həyatına son qoyub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı