Modern.az

İstanbulda dəniz geri çəkilir - FOTOLAR+VİDEO

İstanbulda dəniz geri çəkilir - FOTOLAR+VİDEO

Aktual

14 Fevral 2023, 08:46

Mərmərə dənizi İstanbul sahillərində 15-20 metr geri çəkilib.

 

Modern.az NTV telekanalına istinadən xəbər verir ki, şahidlər dənizin geri çəkilmə görüntülərini sosial şəbəkələrdə yayıblar. 

 

Kandilli Rəsədxanası dənizin geri çəkilməsinin son vaxtlar Türkiyədə baş verən zəlzələlərlə əlaqəli olmadığını bildirib.

 

Ekspertlərin sözlərinə görə, məlum hadiyəsə təzyiqin aşağı düşməsi səbəb olub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 31 643 nəfər həyatını itirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı