Modern.az

“Qarabağ” - “Gent” oyununu bu hakimlər idarə edəcək

“Qarabağ” - “Gent” oyununu bu hakimlər idarə edəcək

Aktual

14 Fevral 2023, 09:16

Bakıda "Qarabağ" və Belçikanın "Gent" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.

 

Modern.az-ın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

 

Baş hakim Mohammed Al-Hakimə Fredrik Klyver və Robin Vilde laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Bojan Pandzic yerinə yetirəcək.

 

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı