Modern.az

Nazir müavini deputatlara cavab verdi: “Təkcə bizlik deyil”

Nazir müavini deputatlara cavab verdi: “Təkcə bizlik deyil”

Aktual

15 Fevral 2023, 12:27

Azərbaycanda 1600 bələdiyyədən 1215-də xəritələrin verilməsi başa çatıb.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

 

“Bələdiyyələrlə bağlı xəritələrin gecikməsində bir neçə səbəb var. Birinci, qeyd edək ki, bu məsələ təkcə bizimlə deyil, bir neçə qurumla bağlıdır. Biz çalışırıq ki, bununla bağlı işləri yekunlaşdıraq. Biz özümüz də bu məsələdə maraqlıyıq”.

 

Qeyd edək ki, komitənin iclasında deputatlar bələdiyyələrdə xəritələrin olmaması ilə bağlı məsələ qaldırmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!