Modern.az

Münhen konfransının Azərbaycan üçün hansı əhəmiyyəti var? - Deputat detalları açıqladı

Münhen konfransının Azərbaycan üçün hansı əhəmiyyəti var? - Deputat detalları açıqladı

Aktual

20 Fevral 2023, 11:42

“Münhen Təhlükəsizlik Konfransı artıq 60 ildir fəaliyyət göstərir. İllər əvvəl bu forum ancaq Avropa ölkələrinn təhlükəsizlik məsələlərini müzakirə edirdi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili əlavə edib ki, artıq Münhen Təhlükəsizlik Konfransı bütün dünyadakı qlobal problemləri müzakirəyə çıxarır.

 

"Münhen Təhlükəsizlik Konfransında iştirak Azərbaycan üçün çox önəmlidir. Çünki ölkəmiz bu konfransda iştirak etməklə Cənubi Qafqazdakı problemləri diqqətə çatdırmalı və diqqət mərkəzində saxlamalıdır. Demək olar ki, artıq Cənubi Qafqazdakı vəziyyət Münhen Təhlükəsizlik Konfransında iştirak edən ölkələrin diqqət mərkəzindədir. Çox sevindicidir ki, Münhen Təhlükəsizlik Konfransında iştirak edən ölkələrin Azərbaycana xüsusi diqəti var” – deyə Cavnşir Feyziyev bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...