Modern.az

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

İlham Əliyev bolqarıstanlı həmkarını təbrik etdi

Ölkə

Bu gün, 17:42

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb.

Modern.az xəbər verir ki, tənrik məktubunda deyilir:

"Hörmətli xanım Prezident,

Bolqarıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Xoş ənənələrə əsaslanan, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Bolqarıstan dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Bolqarıstan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranda əhaliyə şok xəbərdarlıq - Dağıdıcı hücumlar...