Modern.az

Azərbaycanda 504 uşaq övladlığa verilib

Azərbaycanda 504 uşaq övladlığa verilib

Aktual

12 Yanvar 2024, 14:34

Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.

 

Sosial Xidmətlər Agentliyindən Modern.az-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.

 

Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!