Modern.az

İzmirdə "Efes-2024" təliminin Müşahidəçi Günü keçirilib - FOTO

İzmirdə

Aktual

30 May 2024, 11:22

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti mayın 30-da İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak edib.

 

Modern.az MN-ə istinadən xəbər verir ki, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Güler çıxış edib.

 

Nümayəndələr Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin sərgisi ilə tanış olduqdan sonra "Türk Ulduzları"nın nümunəvi uçuşlarını və paraşüt atlayışlarını izləyiblər.

 

Sonra 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirak etdiyi “EFES - 2024” çoxmillətli təlimində mükafatlandırma mərasimi keçirilib.

 

Sonda təntənəli konsert proqramı təqdim edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV