Modern.az

Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı

Keşiş bütün erməniləri axşam mitinqinə çağırdı

Aktual

30 May 2024, 16:00

İş günü başa çatandan sonra da Ermənistan hökumətinin binası yanında qalmağa davam edəcəyəm və hamını mənə qoşulmağa çağırıram.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu “Vətən naminə” hərəkatın lideri, keşiş Baqrat Qalstanyan deyib.

“İşini saat 18:00-da bitirənlər gəlsinlər, bizə qoşulsunlar ki, biz daha çox olaq”, - deyə Qalstanyan əhalini mitinqə çağırıb.

Arxiyepiskopun sözlərinə görə, onlar Ermənistan baş nazirinin Hökumət binasından çıxmasına mane olurlar. Etirazçılar onunla görüşməyi tələb edirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV