Modern.az

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır

Aktual

31 May 2024, 13:50

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanır.

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının icra etdiyi Azərbaycan Çevik Texniki Yardım Aləti AZTAF-ın icra vəziyyəti ilə bağlı toplantıda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin monitorinq və hesabatlılıq şöbəsinin müdiri İlham Salmanov deyib.

O bildirib ki, strategiyanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi hazırlayır, rəy və təkliflərin əldə olunması üçün dövlət qurumlarına göndərilib. “Strategiyanın formalaşdırılması zamanı bütün dövlət qurumlarının maraqları nəzərə alınır, hazırda strategiya üzərində təkmilləşdirilmələr aparılır”- İ.Salmanov əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV