Modern.az

3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı

3 nəfərin bank kartından oğurluq edənlər saxlanıldı

Aktual

3 İyun 2024, 10:44

Abşeron rayonu ərazisində müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından 400, 220 və 442 manat pullarının oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 1996-cı il təvəllüdlü N.Məmmədova müəyyənləşdirilərək saxlanılıb.

 

Həmçinin rayon polis idarəsi əməkdaşlarının keçirdikləri digər tədbirlər nəticəsində müxtəlif vaxtlarda daha iki nəfərin bank kartından 310 və 6 min manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq və dələduzluğa görə məhkum olunmuş Raqif Məmmədov müəyyənləşdirilərək saxlanılıb.

 

Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının isə keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir şəxsin bank kartından 480 manat pulunu oğurlamaqda şübhəli bilinən Zaur Məmmədov saxlanılıb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Sizə yeni x var
Keçid et
İrandan müharibə anonsu - Zərbə endirəcəyik!