Modern.az

Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd olunub

Aktual

3 İyun 2024, 16:08

Avstraliyanın Kvinslend (Quinslend) ştatındakı Azərbaycan Milli Assosiasiyası 28 May - Müstəqillik Gününü qeyd edib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycanın zəngin milli mədəniyyətini və irsini nümayiş etdirən bir sıra fəaliyyətlər öz əksini tapıb. Həmin gün “Brisben Siti Hol” (“Brisbane City Hall”) Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. 

 

Tədbirə Kvinslenddəki Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri qatılıb. 

 

Məşhur avstraliyalı musiqiçi Con Varneyin Azərbaycanın milli musiqi aləti olan tarda əsrarəngiz ifası və soydaşlarımızın “Yallı” rəqsi gecəyə xüsusi rəng qatıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV