Modern.az

Maşınla Kürə düşən şəxslərin axtarışları davam edir  - VİDEO

Maşınla Kürə düşən şəxslərin axtarışları davam edir  - VİDEO

Aktual

4 İyun 2024, 12:48

Tovuzda avtomobillə Kürə düşən şəxslərin axtarışları davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib

 

Bildirilib ki, 3 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonun Hunanlar kəndi ərazisində içərisində 3 nəfər olan avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlar başlanılıb.

 

Hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə intensiv şəkildə axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...