Modern.az

13 kq-dan çox narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

13 kq-dan çox narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı

Aktual

5 İyun 2024, 12:46

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 13 kiloqramdan çox narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıblar.

 

Bu barədə Modern.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

 

İyun ayının 4-də saat 03:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 13 kiloqram 290 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV