Modern.az

Paşinyan növbəti dəfə lağlağı obyekti OLDU

Paşinyan növbəti dəfə lağlağı obyekti OLDU

Aktual

5 İyun 2024, 12:56

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə lağlağı obyektinə çevrilib.

Modern.az xəbər verir ki, Nikol Paşinyanın sosial şəbəkədə onunla velosiped sürməyi təklif etməsi insanlarda istehza doğurub.

Paşinyan səhər tezdən onunla birgə velosiped sürmək üçün dörd şərt irəli sürüb:

“Tez-tez demirəm, amma vaxtaşırı bunu edirəm. Kim mənə qatılmaq istəsə, məmnuniyyətlə təşkil edərəm. Amma qoşulmaq üçün dörd şərt var: birinci - velosipedə sahib olmaq, ikinci - marşruta mən qərar verirəm, üçüncü - bu addımı siyasiləşdirməməli, dördüncü saat 7-də geri qayıtmalıyam, çünki iş günü başlayır. Yəni səhər saat 06.00-da təyin olunan yerdən tərpənməli olacağıq”.


“Əgər qoşulmaq istəyirsinizsə, adınızı, telefon nömrənizi və velosipedlə şəklinizi [email protected] ünvanına göndərin”, - Paşinyan Facebook-da yazıb.

Baş nazirin vətəndaşlara yönəlik bu çağırışı əleyhdarlarının əlinə yeni fürsət verib və onlar dərhal Paşinyanı tənqid atəşinə tutmağa başlayıblar.
 

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV