Modern.az

XİN-in qarşısındakı aksiyaya görə 3 nəfər həbs edildi

XİN-in qarşısındakı aksiyaya görə 3 nəfər həbs edildi

Aktual

5 İyun 2024, 14:23

Ermənistanın İstintaq Komitəsi mayın 31-də Xarici İşlər Nazirliyinin qarşısında açıq-aşkar xuliqanlıq motivləri ilə keçirilən etiraz aksiyasının beş iştirakçısına qarşı ER Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işi başlandığını elan edib.


Modern.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin yaydığı məlumatda bildirilib.
 

Prosesi aparan orqan məhkəməyə verdiyi təqdimat əsasında həmin şəxslərin həbs edilməsi barədə qərar qəbul edilməsini istəyib.

Həmin şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsilə bağlı da məhkəməyə vəsatət verilib.
 

Vəsatətlərin müzakirəsinin nəticələrinə görə, adıçəkilən şəxslərdən 3-ü həbs edilib, 1-i barəsində isə ev dustaqlığı seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV