Modern.az

Muxtar Babayev baş katiblə COP29-a hazırlığı müzakirə etdi

Muxtar Babayev baş katiblə COP29-a hazırlığı müzakirə etdi

Aktual

6 İyun 2024, 11:20

COP29-un prezidenti Muxtar Babayev Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi (GECF) Mohamed Hamel ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə GECF-in “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşım edilib.

 

Görüş zamanı M.Hamel Azərbaycanın COP-a ev sahibliyi edən üçüncü GECF üzvü olduğunu bildirib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsində GECF-in dəstəyini ifadə edib.

 

Bundan başqa, iqlim maliyyəsinin əhəmiyyəti, xüsusilə iqlim maliyyəsi üçün yeni kəmiyyət hədəfinin müəyyən edilməsi, həmçinin texnologiya transferi və potensialın yaradılmasının vacibliyi müzakirə edilib.

 

Baş katib təbii qazın əlverişli, etibarlı və dayanıqlı enerjinin təmin edilməsində mühüm rolunu da vurğulayıb. O, Azərbaycanın enerji siyasətini yüksək qiymətləndirib və bildirib ki, GECF COP29-da pavilyon açmaq niyyətindədir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV