Modern.az

DİN-dən sosial şəbəkə ilə bağlı vətəndaşlara MÜRACİƏT

DİN-dən sosial şəbəkə ilə bağlı vətəndaşlara MÜRACİƏT

Aktual

7 İyun 2024, 14:25

Daxili İşlər Nazirliyi vətəndaşlara internet resurslarında ayıq-sayıq olmaları ilə bağlı müraciət edib.

 

Modern.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, vətəndaşlar sosial şəbəkələrdə tanımadıqları, etibar etmədikləri səhifələrdən alış-veriş etməsin.

 

"Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank karlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu(3D secure) heç kəsə təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə.

 

Saxta xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin", - deyə müraciətdə qeyd edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV