Modern.az

XİN Pakistanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etdi

XİN Pakistanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etdi

Aktual

8 İyun 2024, 10:10

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı BMT Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki hesabında məlumat verilib.

 

“Qardaş Pakistanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik. Bu, beynəlxalq ictimaiyyətin Pakistanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfəsinə inamını nümayiş etdirir”, - məlumatda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!