Modern.az

NATO-nun təlim qrupu Hərbi Polis İdarəsində təlim keçirib

NATO-nun təlim qrupu Hərbi Polis İdarəsində təlim keçirib

Aktual

8 İyun 2024, 11:46

NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda Hərbi Polis İdarəsinin şəxsi heyətinin iştirakı ilə kurs keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, təlim Müdafiə Nazirliyi ilə 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilib. Kurs müddətində mobil təlim qrupunun təlimatçıları dinləyicilərə hərbi polis fəaliyyətinin NATO standartları çərçivəsində təşkili ilə bağlı ətraflı məlumat verib və digər mövzularda brifinqlər təqdim olunub.

 

Hərbi qulluqçular kurs müddətində sindikatlar üzrə müxtəlif tapşırıqlar icra ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV