BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) üzv seçilməsi münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Azərbaycanı növbəti dəfə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi münasibətilə təbrik edirəm. Bu vəzifədə böyük uğurlar arzulayıram”, - V.Andreyeva qeyd edib.