Modern.az

Muxtar Babayev albaniyalı nazirlə müzakirə apardı 

Muxtar Babayev albaniyalı nazirlə müzakirə apardı 

Aktual

10 İyun 2024, 18:45

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının ətraf mühit və turizm naziri xanım Mirela Kumbaro ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi, iqlim dəyişmələri, bioloji müxtəlifliyin qorunması sahəsində cari və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Eyni zamanda, ölkəmizin bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!