Modern.az

Cəlilabadda iki maşın toqquşdu - Sürücülər yaralandı

Cəlilabadda iki maşın toqquşdu - Sürücülər yaralandı

Aktual

12 İyun 2024, 16:28

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Sabirabad kəndində qeydə alınıb. Təbriz Həsənovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili Ramin Şükürovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sürücülər xəsarət alıb. Hər iki sürücü rayon xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?