Modern.az

Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik - Ərdoğan

Azərbaycanla Ermənistan arasında sülhü mümkün qədər tez görmək istəyirik - Ərdoğan

Aktual

12 İyul 2024, 08:09

“Arzu edirik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və barış hökm sürsün".

 

Modern.az xəbər verir ki, bu sözləri NATO sammiti çərçivəsində Vaşinqtonda mətbuat konfransı keçirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanla Ermənistan arasında sülh sazişi bu ilin sonuna qədər imzalana bilərmi?” sualına cavabında bildirib.

 

"Biz bu sülhü mümkün qədər tez görmək istəyirik", - Türkiyə lideri söyləyib.

 

Onun sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti bu istiqamətdə müsbət addımların atılmasının tərəfdarıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...