Polis ötən gün 1 kiloqramdan çox narkotik aşkarlayıb
Aktual
13 İyul 2024, 12:03
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12 -də ümumi çəkisi 1,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.