Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:
***
Tomris Qərbi Azərbaycan qaçqını idi. Zəngəzurun Hacıqəmbər kəndində dünyaya göz açmışdı. O, 1988-ci ildə erməni faşistləri Qərbi Azərbaycandan 250 min azərbaycanlının bir qismini uşaqdan böyüyədək ən vəhşi üsullarla qətlə yetirdiyi, bir qismini əsir götürüb zirzəmilərdə işgəncə verdiyi, kiçik yaşlı cocuqları, yeniyetmələri enli boruların içinə doldurub diri-diri yandırdığ ərəfədə anasının qucağında, bələkdə olmuşdu. 1905-1906-cı, 1915-1916-cı, 1918-ci ildə Naxçıvanda və Qərbi Azərbaycanda Azərbaycan türklərinə qarşı misli görünməmiş qətliyamlar törədən, sovetlər dnəmində də zaman-zaman Qərbi Azərbaycan türklərini doğma yurdundan didərgin salan, işgəncələr verən, bir qismini heç bir günahı olmadan insanlığa sığmayan vəhşi üsullarla qətlə yetirən ermənilər Qərbi Azərbaycanda o torpağın əzəli sakinləri Azərbaycan türklərinə qarşı misli görünməmiş qətliyamlar törətdikləri zaman minlərlə Azərbaycan türkünü gülləbaran edərkən Tomrisin anası Gülay bir möcüzə nəticəsində qucağında Tomris xilas olmuş, sonra isə gizlənə-gizlənə çoxçətinliklə Zəngilan şəhərinə gəlmişdi. Qərbi Azərbaycan faciəsinə yas tutub ağlayan, Zəngilan camaatı Gülüya qayğı göstərimiş, Xədicə nənə kimi tanınmış yaşlı bir qadın onları himayəsinə götürmüşdü. Nəhayət 30 oktyabr 1993-cü ildə Zəngilan Rusiyanın və bir sıra şeytani dövlətlərin hər cürə yardımı ilə düşmən qoşunları tərəfindən işğal olundu. Zəngilan uğrunda savaşda isə Xədicə nənənin biri 19, digəri 18 yaşında iki nəvəsi igidliklə savaşaraq şəhid oldu və Xədicə nənə bu ağır itgiyə tab gətirməyib dünyasını dəyişdi. Zəngilan düşmən əlinə keçəndə Tomris artıq beş yaşında idi və artıq çox şeyi dərk eləyirdi. Gülay qızını ağuşuna alıb düşmən əlinə keçməsin deyə gücü gəldikcə qaçdı və nəhayət çox çətinliklə, dünyanın ən qəddar, ən vandal insanları olan ermənilərin əlinə keçməsin deyəkolluqlarda, qaya aralarında, hündür otların arasıyla sürünə-sürünə, özünə görə deyil, beş yaşlı cocuğu azğın düşmən əlinə keçməsindən qorxaraq həyəcandan ürəyi ağzına gələ-gələ Beyləqan şəhərinə gəlib çıxdı. Gülayla Tomris bir müddət Beyləqanda qalandan sonra Qarabağ qaçqınlarının böyük bir köçüylə Bakıya gəlib çıxdılar. İlk günlər olduqca çətinliklə keçdi, lakin sonralar onları Pirşağı bağlarındakı köhnə pioner düşərgələrindən birində yerləşdirdilər. Bu düşərgədə onlardan başqa xeyli qaçqın var idi və bir qismi elə Qərbi Azərbaycan qaçqını idi. Gülay düşərgənin qumsallıq olan iri torpaq sahəsində tərəvəz əkib yetişdirməyə başladı və ona verilən torpaq sahəsində xeyli pamidor, badımcan, bibər əkib becərərək xeyli məhsul götürdü. Bağ mövsümü zamanı bağlara köçən şəhər adamları düşərgəyə gələrək onlardan tərəvəz alırdılar. Gülayın yetişdirdiyi tərəvəzlər bütün müştərilərin çox xoşuna gəlirdi, bundan əlavə də Gülay tərəvəzləri ucuz satırdı və şübhəsiz ki, bu da onun müştərisinin sayını artırırdı. Lakin havalar soyuduqca torpaq öldüyü, daha məhsul vermədiyi üçün Gülayın maddi vəziyyəti çətinlşirdi. Gülaya dövlət tərəfindən maddi yardım göstərilsə də təkcə Tomrisdən başqa bütün ailəsini, qohum-əqrəbasını itirmiş Gülay öz alın təriylə pul qazanmağa öyrəşmişdi. Lakin bu sıxıntı çox çəkmədi, Qərbi Azərbaycandan olan qaçqın xanımlar Gülaya pamidor bağlamağı, duza xiyar qoymağı, Pirşağıdakı bal dadı verən üzümlərdən doşab hazırlamağı başa saldılar. Onların məsləhətlərinə qulas asan Gülay göy pamidorları bankalara yığıb bağladı, duza xiyar qoydu, xeyli doşab hazırladı, belə ki, bu da onun ailə büdcəsini normallaşdırdı. Başına müsibətlər gəlmiş, bu dünyada Tomrisdən başqa kimsəsi qalmayan Gülay yeganə varidatı olan qızına çox yaxşı baxır, imkanı daxilində onu yedizdirir, geyindirir, qayğı çəkməyə qoymurdu. Belə ki, Tomris əzablı illərdən sonra bu Xəzər dənizinin iki yüz metrliyində, “Qızılqum” sanatoriyasının lap yaxınlığında yerləşən bərəkətli torpaqda qayğısız böyüyürdü. Lakin Tomris ağlı kəsdikcə ermənilərin xalqımıza qarşı, qərbi azərbaycanlılara qarşı soyqırımları, o cümlədən Xocalıda törətdikləri dəhşətli qətliyamı hafizəsində canlandırır, zaman-zaman intiqam alovu onun ruhunu püskürdürdü. Tomris Pirşağı qəsəbəsində xüsusilə qaçqınlar üçün yaradılmış orta məktəbdə oxudu və məktəbdə təhsil alarkən anasına idmanla məşğul olmaq arzusunu bildirdi. İmkanı daxilində yeganə övladının hər bir arzusuna əməl eləyən Gülay onu gətirib qəsəbədəki dzüdo dərnəyinə yazdırdı. Onlar qaçqın olduqları üçün Gülay pul ödəmirdi və bu da bilavasitə onun ümumi büdcəsinə ziyan gətirmirdi. Tomris isə idmanla məşğul olduqca daha da sağlamlaşır, cəldləşir, cəsarətlənir, polad iradəyə sahib olurdu. Orta məktəbi bitirən zaman Tomris artıq idmanda yeniyetmə qızlar arasında xeyli nəaliyyətlər əldə eləmişdi. Lakin onun fikri başqa idi, odur ki, anasından izin alıb sənədlərini qardaş Türkiyədəki hərbi məktəbə verdi. İdmançı nəaliyyətləri, eyni zamanda 172 santimetr boyu olduğuna görə onu həmin məktəbə dərhal qəbul elədilər. Bu məktəbdə onlara hərbiçiliyin bütün sirrlərini, bütün müasir silahlardan istifadə etməyi, hündür qayalar arası ilə alpinistlər kimi hərəkət eləməyi, bütün nəqliyyat vasitələrini, hətta hərbi təyyarə, helikopter sürməyi öyrədir, süngü ilə savaşmağın ən rahat yollarını başa salır, düşməni bir pişik cəldliyi ilə zaman kəsiyində tərksilah eləməyi anladırdılar. Həmin hərbi məktəbi əla qiymətlərlə bitirən Tomris vətənə gələrək könüllü olaraq snayper kimi cəbhəyə yola düşdü.
Beləliklə xalqın diliilə desək quşu gözündən vuran Tomris bizim əsgərlərimiz erməni hərbiçiləri ilə üz-üzə savaşarkən yaşıl yarpaqlardan özünə qiyafə düzəldərək ən azı beş yüz metr məsafədə, özü də istehkamda qərar tutan erməni əsgərlərini qartal gözü kimi dəqiq görən gözü ilə sezərək yaxırdı. Erməni hərbiçilər bu sərrast atəşin hardan gəldiyini müəyyənləşdirənəcən bir anın içində mövqeyini dəyişir, başqa bir nöqtədən Azərbaycan xalqının qanına yerikləyən erməni hərbiçilərini yenə sərrast atəşlə yerə sərirdi. Lakin bununla bitmirdi, Tomris tankvuran silahla ermənilərə məxsus onlarla tankı, zitehli avtomobilləri, şilkaları və başqa dəmir maşınları içindəki ekipajlarıa birlikdəməhv eləyir, bununla da ermənilərə dağ çəkirdi.
Ermənilər bu “kişi” bildikləri “Allah bəlası”nı heç cürə zərərləşdirə bilməyəcəklərini görüb Azərbaycan hərbiçilərinin sırasına cəsus göndərməli oldular. Erməni adı famili Samvel Manukyan olan bu cəsus Azərbaycan dilində təmiz danışır, Azərbaycan tarixini, ədəbiyyatını gözəl bilir, Azərbaycanın milli qəhrəmalarını yaxşı tanıyır, Azərbycanın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən çox yaxşı xəbərdar idi. Özünü məhz Xocalı qaçqını kimi qələmə vermiş 40 yaşlı Samvel Manukyan, Xocalı qətliyamı zamanı bütün qohumlarını itirdiyini, eyni zamanda doğum haqqında şəhadətnaməsinin bir anın içində yanan evlərində yanıb külə döndüyünü, o vaxt yeniyetmə ikən meşə yolu ilə gəlib azərbaycanlı ailəsində sığınacaq tapdığını, sonra Bakıya gedib zavodlardan birində işlədiyini, nəhayət ermənilərdən intiqam almaqdan ötrü könüllü olaraq cəbhəyə yollandığını söyləmişdi. Üz cizgilərindən azərbaycanlılara çox bənzəyən, Azərbaycn dilində heyratamiz şəkildə Qarabağ ləhcəsilə danışan Samveldən kimsə şübhələnməmişdi. Lakin 40 yaşlı adamın qaynar nöqtəyə getməsini izin verməyən hərbi komandanlıq özünü Samir Manafov kimi qələmə verən Manukyanı, özünün uydurmasına görə guya Bakıda zavodda qaynaqçı işlədiyinə görə, Tomrisin adı qeyd edildiyi alayda azərbaycanlı hərbiçilərin vaxtilə hərbi təlimlər keçdiyi iri meydanda qopmuş dəmir qurğuları, turnikləri qaynaqlamağa təyin etmişdilər. Bir çox peşələr kimi qaynaqçı işini yaxşı bilən Manukyan kimsəni şübhəyə salmamaqdan ötrü başını aşağı salıb qırılmış və ya qırılmaqda olan polad idman qurğularını, eyni zamanda hərbi təlimlər keçmək üçün istifadə olunan cürbəcür ölçülü qurğuları qaynaqlayırdı. Bura məhz yüzlərlə erməni dğasını məhv etmiş snayperi öldürməyə göndərilmiş Manukyan tələsmədən işinə davam edir, bir gün elə bu meydançada həmin snayperi görüb, hansı vasitə ilə olursa-olsun öldürəcəyi ümidiylə yaşayırdı.
Günlərin bir günü errməni hərbiçilərin canına od salan Tomris həqiqətən də həmin meydançaya gəldi. Əvvəlcə bu uca boylu, qədd-qamətli qızın həmin snayper olduğunu bilməsə də, bir azərbaycanlı qızının turnikdə aravermədən ən azı yarım saat ftırlanması onda paxıllıq hisslərini o qədər qıcıqlandırdı ki, az qaldı ki, huşunu itirsin. Lakin özünü zorla ələ alıb yanından ötən bir əsgərdən bu qızın kim olduğunu soruşdu. Əsgər ona bu qızın “əjdaha” olduğunu, sayı bilinməz sayda erməni hərbiçilərini məhv etdiyini söylədi. Bunu eşidən Manukyanın həm ürəyi sancdı, bütün varlığı titrədi, gözləri qan çəkib qıpqırmızı qızardı, lakin həm də ümid hissilə Tomrisi öldürəcəyini riyakar beyni ilə planlaşdırdı.
Savaşmaq, quduz düşmənlərdən intiqam alovuyla cəbhəyə gəlmiş Tomris, elə həmin gün yenə erməni hərbiçilərinə qan uddurmaqdan ötrü qaynar nöqtəyə getdi. Bu dəfə də bir snayper kimi bir neçə erməni əsgərini məhv edən Tomris, ermənilərlə əlbəyaxa döyüşə də girməli oldu. Bir neçə ermənini bıçaqla, süngüylə öldürən Tomris aldığı qəfil güllədən möhkəm yaralandı, lakin güclü iradəsinə dayanıb yenə huşunu itirənə qədər savaşdı. Huşunu itirəndən sonra erməni hərbiçiləri onu ölmüş bilsələr də bir müddət ona yaxın gəlməyə cəsarət eləmədilər, nəhayət öldüyünə əmin olandan sonra yenə ehtiyatla ona yaxınlaşdılar, lakin elə bu zaman Tomrisin yardımına yetişən igid azərbaycanlı əsgərlər onları biçib-tökdü və Tomrisi ağır yaralı halda döyüş meydanından çıxartdılar.
Azərbaycanlı hərbiçilər Tomrisə ilk tibbi yardım göstərəndən sonra onu helikopterlə Gəncə qospitalına gətirdilər. Burda hərbi həkimlər onun bədənindən altı güllə çıxartdılar. Tomris düz bir həftə huşsuz halda qaldı. Qızının ölümcül yaralandığından xəbər tutan Gülay güclü təlaş içərisində tezliklə özünü Gəncə qospitalına çatdırmışdı. Onu Tomrisin yanına buraxmasalar da, göz yaşları içində qospital dəhlizində oturub aravermədən Uca Yaradana dua eləyir, gözünün bəbəyi qızı üçün şəfa diləyirdi.
Uca Allah da Gülayın dualarını müstəcəb edib vətənpərvər və öz işlərini çox yaxşı bilən hərbi həkimlər vasitəsilə onu həyata qaytardı. Bundan sonra baş hərbi həkimin Gülayın göz yaşlarına rəhmi gəlib onu qısa müddətə Tomrisin yanına buraxdı. Gülay qızının yanına girəndə Tomris huşsuz vəziyyətdə, sistem altında idi. Lakin ana-bala arasında olan ilahi bir bağlılıq Tomrisin az bir müddətə gözlərinin açılmasına səbəb oldu. Tomris gzlərini açıb, “Ana”,-dedi və yenə gözlərini yumdu. Gülay hönkür-hönkür ağlamaq istədi, lakin dəmir iradəsinə dayanıb yalnız lal fəryadlarla qəlbinin çırpıntılarını sakitləşdirdi.
Tomrisin düz bir həftədən sonra huşu başına qayıtdı. Yenə qızını görmək üçün baş həkimdən icazə alan Gülay onu körpə uşaq kimi bağrına basıb göz yaşları ilə oxşadı. Tomris də ağlayırdı, lakin onu ağladan aldığı güllə yaralarından ölümlə üz-üzə gəlib yeddi məzara düşməsi deyildi, o, sözlə ifadəsi mümkün olmayan ana müqəddəsliyinin intəhasızlığının şahidi olurdu.
Tomris düz iki ay Gəncə qospitalında müalicə aldı. Bu müddət ərzində Gülay onun yanından çəkilmədi. Lakin Tomris bu müddət ərzində onunla çiyin-çiyinə savaşan əsgərlərin də onu öz doğma bacıları kimi çox sevdiyini, komandirlərindən icazə alıb mobil telefon vasitəsilə tez-tez ondan xəbər tutduqlarının da şahidi oldu.
İki aydan sonra anasını bağırına basıb, “Mənim üçün nigaran olma ana, mən günahsız xalqımızın qisasını, Qərbi Azərbaycan türklərinə qarşı törətdikləri vəhşiliklərin hesabını almayınca, Qarabağımız işğaldan azad oluncmayınca, lazım gəlsə son damla qanıma qədər savaşacağam”,-deyib, xidmət elədiyi alaya yola düşdü.
Tomrisin ağır yaralandığından, lakin sağ qaldığından xəbəri olan Manukyan erməni əsgərlərinə qənim kəsilmiş Azərbaycan snayperinin kişi deyil, qız olduğunu çatdırmaq istəsə də, özünü təhlükəyə atıb bunu eləmirdi. Çünki dünyanın ən yüksək ölkələri səviyyəsində hərbi texnikası inkişaf etmiş və hər göndərilən mesajın, məlumatın, xəbərin hardan ünvanlandığını dərhal yəqin edən Azərbaycan Xüsusi Rabitə və İnformassiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları onu dərhal ifşa edib yaxalaya bilərdilər. Əgər bir müddət işindən yayınıb erməni mövqelərinə keçsəydi, yenə də Azərbycan hərbi komandanlığını şübhəyə sala bilərdi. Odur ki, yenə gözləməyə qərar verdi. Manukyanın “intizar”ı uzun sürmədi. Qospitaldan təzə ayrılmış Tomris əvvəlki sağlamlığını bərpa etməkdən ötrü hələlik yüngül idmanlarla məşğul olmaq qərarı verdiyi üçün yenə həmin meydançaya gəldi. Tomris yüz faizli ölümdən qurtardığı üçün xeyli arıqlamış, rəngi də xeyli avazımışdı. Lakin ağzın düşmənlə yenə savaşmaq eşqiylə yandığı üçün yenə turnikə qalxdı. Təbii ki, əvvəlki qədər enerjiyə, gücə malik olmadığı üçün beş dəqiqədən artıq turnikdə fırlana bilmədi və tərin içində keçib bir kənarda oturdu ki, dincini alsın!
Bu ərəfədə Manukyan ona yaxınlaşıb xeyli yaltaqlandı və onu Azərbaycan xalqının fəxri adlandırdı. Tomris həmin gün özünü xeyli zəif hiss elədiyi üçün daha turnikdə fırlanmadı, dincəlməyə getdi. Manukyan onun hansı turnikdə fırlandığını çox yaxşı bilirdi, odur ki, həmin turnikin yan dirəyinin aşağı tərəfdən qaynağla yarıdan çox hissəsini kəsdi ki, artıq əvvəlki sağlamlığından əsər-əlamət qalmayan Tomris turnikdə fırlannarkən dirək qırılsın, kəllə-mayallaq olub ölsün! Lakin bütün şeytanlar yığılıb bir insanı öldürmək istəyirsə, insanı Yaradan Allah isə ona ömür bəxş edirsə şeytanların günahkar əlləri yenə boşa çıxır, həmin insan Uca Allahın ona bəxş etdiyi ömrü yaşayır. Başqa vaxt dərhal dirəkdən yapışıb fırlanmağa başlayan Tomris bu dəfə nədənsə yan dirəkdən tutub onun möhkəmliyini yoxladı, elastik fiberglas dirəyinin boşluğunu görüb onu əyərək aşağı tərəfdən kəsildiyini gördü. Manukyan ifşa olunacağını hiss edib, daim qoynunda gizlətdiyi iti bıçağı götürüb Tomrisi vurmaq istədi, lakin qız olmasına baxmayaraq gürz kimi ağır yumruqları ilə erməni hərbiçilərini əlbəyaxa döyüşdə vurub bayıldan Tomris təbii ki, düşmənə bu qədər asanlıqla can verməyəcəkdi. O, nə qədər zəifləsə də bir pişik cəldlyilə Manukyanın bləyindən vurub bıçağı yerə saldı. Bu vaxt Tofiq və Oqtay adlı iki çavuş Tomrisin köməyinə yetişib bir anın içində Manukyanı vurub bayıldaraq alay komandirinin huzuruna apardılar. Alay komandiri də qanundan kənara çıxmayaraq Manukyanı Dövlət Təhlükəsizlik Nazirliyinə təqdim elədi. Orda isə Manukyana tamamilə işgəncə vermədən, döymədən, söymədən, təhqir eləmədən ondan ermənilərin Qarabağdakı bütün məbədlərin zirzəmilərində ən müasir hərbi silah-sursat, raketa, bomba, kimyəvi silahlar saxlandığını söylədi. Azərbaycan ordusu zaman-zaman bu məbədləri ələ keçirib ordakı hərbi texnikaları aşkarlayıb götürürdü. Tomris isə sağlamlığı tamamilə bərpa olunandan sonra yenə hərbiçi qardaşlarına qoşulub savaşlara getdi, yenə yüzlərlə erməni əsgərini, onlarla tankı, zirehli avtomobili, şilkanı sərrast atəşlərlə zərərsizləşdirdi. Nəhayət 44 günlük müharibədə də qəddar düşmənlərin bağrını dəlib Qarabağın dilbər guşələrinə Azərbaycanın ay-ulduzlu, üç rəngli bayrağını sancanlardan biri oldu.
Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.