Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) olublar.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində qonaqlar ƏÜO Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib. Hərbi təhsil sahəsində əməkdaşlın cari vəziyyəti, perspektivlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.
ƏÜO-nun Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət olunub.
Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseylə tanışlıq zamanı xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib.
Səfər çərçivəsində Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.