Antoniu Koşta bildirib ki, ABŞ ilə Avropa İttifaqının maraqları artıq uyğun gəlmir və bu vəziyyət Aİ üçün ciddi risklər yaradır.
Modern.az xəbər verir ki, "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Koşta Kiprdə keçirilən Aİ liderlərinin 23 aprel tarixli görüşündə çıxış edərək xəbərdarlıq edib ki, Avropa İttifaqı ABŞ administrasiyasının siyasətini tam şəkildə izləyərsə, ciddi böhran və hətta dağılma riski ilə üzləşə bilər.
O, həmçinin Donald Tramp-a əsas qərarların verilməsində məsuliyyətin ötürülməsinin doğru olmadığını vurğulayıb.
Mənbələrin sözlərinə görə, Koşta ABŞ ilə Aİ arasında fikir ayrılıqlarına nümunə kimi Vaşinqtonun Venesuela prezidenti Nikolás Maduro ilə bağlı addımlarını, İran ətrafındakı ABŞ-İsrail hərbi əməliyyatlarını və Ukrayna məsələsində Trampın mövqeyini göstərib.
Koşta qeyd edib ki, Aİ öz maraqlarını qorumaq üçün daha müstəqil siyasət formalaşdırmalı və strateji baxımdan özünü təşkil etməlidir.