Modern.az

ABŞ-da İrana bağlı 344 milyon dollarlıq kriptovalyuta donduruldu

ABŞ-da İrana bağlı 344 milyon dollarlıq kriptovalyuta donduruldu

Dünya

Bu gün, 01:23

ABŞ-da İrana bağlı olduğu ehtimal edilən 344 milyon dollar dəyərində kriptovalyuta aktivləri dondurulub.

Modern.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Tether şirkəti iki kripto cüzdanda saxlanılan 344 milyon dollarlıq USDT steyblkoinlərini bloklayıb. Bildirilib ki, bu addım ABŞ-ın Xarici Aktivlərə Nəzarət İdarəsi və hüquq-mühafizə orqanları ilə koordinasiya şəraitində həyata keçirilib.

Şirkətdən qeyd olunub ki, aktivlərin dondurulması hüquqazidd fəaliyyətlərlə bağlı məlumatlardan sonra baş verib.

Qeyd edək ki, USDT-nin smart-kontrakt mexanizmləri konkret ünvanlar üzrə əməliyyatların məhdudlaşdırılmasına imkan verir. Bu halda tokenlər cüzdanda qalır, lakin onların köçürülməsi və istifadəsi mümkün olmur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!