Modern.az

Merts: İranın nüvə proqramı tam şəkildə dayandırılmalıdır

Merts: İranın nüvə proqramı tam şəkildə dayandırılmalıdır

Dünya

Bu gün, 00:55

Almaniya Kansleri Fridrix Merts İranla bağlı sanksiyaların yumşaldılmasının mümkün olduğunu, lakin bunun üçün Tehranın üç əsas şərti yerinə yetirməli olduğunu bildirib.

Modern.az xəbər verir ki, Mertsin sözlərinə görə, hərtərəfli razılaşma əldə olunarsa, sanksiyalar mərhələli şəkildə zəiflədilə bilər.

Kansler qeyd edib ki, ilk növbədə Hörmüz boğazı vasitəsilə sərbəst gəmiçiliyin təmin olunması üçün sürətli və aydın razılaşma əldə edilməlidir.

İkinci şərt kimi İranın nüvə proqramının tam şəkildə dayandırılması göstərilib.

Üçüncü olaraq isə İsrailin təhlükəsizliyinin təmin olunmasının vacibliyi vurğulanıb. “İran İsrailə və onun qonşularına qarşı təhdidlərə son qoymalıdır”, – deyə Merts əlavə edib.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!