İranın xarici işlər naziri Abbas Əraqçi Tehranla Vaşinqton arasında münaqişənin tənzimlənməsi ilə bağlı ABŞ-ın irəli sürdüyü təkliflərə yazılı cavabla İslamabada səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Əraqçi cümə günü Pakistana səfər edərkən ABŞ-nin sülh razılaşması ilə bağlı ideyalarına dair rəsmi yazılı cavabı özü ilə aparır. Məlumatı qəzetə səfərin detalları ilə tanış olan iki yüksək vəzifəli iranlı məmur təsdiqləyib.
Mənbələrin sözlərinə görə, Əraqçinin həftəsonu Pakistanda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezidentin kürəkəni Cared Kuşner ilə görüşəcəyi gözlənilir.
Eyni zamanda bildirilir ki, rəsmi Tehran ABŞ İran limanlarına tətbiq etdiyi blokadanı aradan qaldırmayınca Vaşinqtonla birbaşa danışıqlar aparmayacağını bəyan etsə də, qapalı kanallar vasitəsilə Pakistan üzərindən mesaj mübadiləsi gedir və danışıqların bərpası istiqamətində addımlar atılır.